Lale İSMAİL -BAHAR

BAHAR Bahar çiçək boxçası,Bahar güllü çəməndir.Lalə, bənövşə, nərgiz,Bahar tər yasəməndir. Təmiz hava, xoş ətir,Gətir baharım, gətir.At küləklər qoynuna,Dağlardan düzə yetir. Mənim rəngli baharım,Çələngsən fəsillərə.Gül-çiçəkli baharım,Töhfəsən nəsillərə. Lale İSMAİL NOVRUZUM Arzular qanad-qanad,Şirindir gözəl həyat.Millətimə toy, büsat,Uğur gətir, novruzum. Coşsun çaylar, bulaqlar,Nəğmə desin dodaqlar,Gülsün bütün uşsaqlar,Dərdi itir, novruzum. Çin olsun xoş diləklər,Şad olsun qoy ürəklər.Bişsin isti çörəklər,Yaysın […]

Lalə ISMAYIL -DE

DE Ömrünün payızı baharın olub, Çaldım pəncərəni, bir “xoş gəldin”, de! Yolların həsrəti gözümə dolub, Aşdım dağ-dərəni, dur, “xoş gəldin”, de! Bir sevda içində olmuşam köz-köz, Necə söyləyirsən, axı necə, “döz!”? Niyə çətin olub bircə kəlmə söz?! Uçur bənd-bərəni, yar, “xoş gəldin”, de! Gözündən uzaqda, qürbətdə mənəm, Baxışında həsrət, dumanam, çənəm.. Özün ki, bilirsən, ruhuna […]

Lalə İSMAYIL -TÜRKÜLER

TÜRKÜLER Biz gedərik, nəsillərə,Ərmağan qalar türkülər.Əsir alıb könül bağın, Eşq ilə talar, türkülər.. Göy buludlardan üzülüb,Axıb, dağlardan süzülüb,Dərə, təpə, çay, düzülüb,Xəyala dalar türkülər. Bu günlərdən, yarınlardan,Keçib, oddan, boranlardan,Qayıtmayan durnalardan,Bir soraq salar türkülər. Gedən dinməz, gələn sormaz,Nə haldasan, bilən olmaz..Yaran dərin, qanı durmaz,Qadanı alar türkülər. Ozan əhli mizan gözlər,Dinib, deməz boşa sözlər.Lalə, danmaz, dağlar, düzlər,Arxanca çalar türkülər. […]