BAHAR
Bahar çiçək boxçası,
Bahar güllü çəməndir.
Lalə, bənövşə, nərgiz,
Bahar tər yasəməndir.
Təmiz hava, xoş ətir,
Gətir baharım, gətir.
At küləklər qoynuna,
Dağlardan düzə yetir.
Mənim rəngli baharım,
Çələngsən fəsillərə.
Gül-çiçəkli baharım,
Töhfəsən nəsillərə.
Lale İSMAİL
NOVRUZUM
Arzular qanad-qanad,
Şirindir gözəl həyat.
Millətimə toy, büsat,
Uğur gətir, novruzum.
Coşsun çaylar, bulaqlar,
Nəğmə desin dodaqlar,
Gülsün bütün uşsaqlar,
Dərdi itir, novruzum.
Çin olsun xoş diləklər,
Şad olsun qoy ürəklər.
Bişsin isti çörəklər,
Yaysın ətir, novruzum.
Lale İSMAİL








