1- MAVİ YOL 2025-GÜZ SAYISI (ilk Sayı)MAVİ YOL DERGİSİŞİİR

Lalə İSMAYIL -TÜRKÜLER

TÜRKÜLER

Biz gedərik, nəsillərə,
Ərmağan qalar türkülər.
Əsir alıb könül bağın,
 Eşq ilə talar, türkülər..

Göy buludlardan üzülüb,
Axıb, dağlardan süzülüb,
Dərə, təpə, çay, düzülüb,
Xəyala dalar türkülər.

Bu günlərdən, yarınlardan,
Keçib, oddan, boranlardan,
Qayıtmayan durnalardan,
Bir soraq salar türkülər.

Gedən dinməz, gələn sormaz,
Nə haldasan, bilən olmaz..
Yaran dərin, qanı durmaz,
Qadanı alar türkülər.

Ozan əhli mizan gözlər,
Dinib, deməz boşa sözlər.
Lalə, danmaz, dağlar, düzlər,
Arxanca çalar türkülər.

Lalə İsmayıl

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu